Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha üç məktəb əyani tədrisə qayıtdı



Newscenter.az.17.02.2022. Paytaxtdakı 60, 179 və 271 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

R.Mehdiyeva
Xəbəri paylaş