Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hökumət bu tarixdə parlamentdə HESABAT VERƏCƏK



Newscenter.az.17.02.2022. Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, hökumətin hesabatının parlamentin martın 15-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulur.

Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.
Xəbəri paylaş