Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlılar hara baxır?



Newscenter.az.17.02.2022. Son günlər Qarabağda separatçıların təxribatları daha da artmaqdadır. Gah qondarma "işğal haqqında qanun"u olmayan parlamentin müzakirəsinə çıxarır, gah təlim keçirir, gah da öz aləmlərində əhalini baş verə biləcək təxribatlardan qorumağa çalışdıqları görüntüsünü yaratmağa çalışırlar. Burada haqlı olaraq bir neçə sual yaranır. Bu təlimlər kimə qarşı keçirilir? Məqsəd nədir? Separatçılar yenidən müharibəyə hazırlaşırlarmı? 44 günlük onlara yaxşı düşünmək üçün yetərli olmadımı?

Heç şübhəsiz ki, guya hansısa təhlükənin olması və əhalinin buna hazırlanması yalnız və yalnız avantüradır və erməni propaqandasına xidmət edir. Azərbaycan dəfələrlə bu barədə mövqeyini ifadə edib. Azərbaycan bölgəyə sülhün gəlməsini, yekun sülh müqaviləsinin imzalanmasını, bölgə xalqlarının birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını istəyir. Əgər separatçılar 44 gündə başlarına gələnlərdən nəticə çıxarmayıb müharibə istəyirlərsə Azərbaycan buna hər an hazırdır.

Ermənilər bu təxribatların hansı nəticələrə gətirə biləcəyini yaxşı bilirlər. 44 günlük müharibədə Azərbaycan bunu Ermənistana göstərdi. Bu yaraların sağalması üçün illər lazımdır.

Dəfələrlə Prezident İlham Əliyev separatçılara xatırladıb ki, dəmir yumruq hər an yerindədir. Ermənilər bunu unutmamalıdırlar. Belə davam etsə dəmir yumruq yenidən işə düşəcək.

Cəmiyyətdə haqlı narazılıq yaradan və düşündürən digər bir sual isə odur ki, bəs Rusiya sülhməramlıları hara baxır, niyə belə təxribatlara yol verirlər, niyə ciddi ölçü götürmürlər? Başları yoxsa humanitar aksiyalara qarışıb?

Onların əsas vəzifəsi belə halların baş verməsinin qarşısını almaqdır. Bölgəyə də bu məqsədlə gəliblər. Əgər onlar bu təxribatların qarşısını almaqda acizdirlərsə Azərbaycan özü təxribatçıları cəzalandırmaq üçün geniş imkanlara malikdir. Bunun üçün əlimizdə kifayət qədər imkan və əsaslar var
Separatçılar bu təxribatlara mütləq son qoymalı, sülhməramlılar da belə halların qarşısının qətiyyətlə almalıdırlar. Əks halda məsuliyyəti ermənilər daşıyırlar. Azərbaycanın öz ərazilərində anti-terror əməliyyatları keçirmək hüququ var.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş