Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Sabirabad rayon 2 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib



Newscenter.az.17.02.2022. Yeni Azərbaycan Partiyası Sabirabad rayon 2 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

Newscenter.az xəbər verir ki, yığıncağın gündəliyində iki məsələ dururdu.

Ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat və ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi.
Yığıncağın gündəliyində olan birinci məsələ ilə bağlı hesabat məruzəsini təqdim edən ərazi partiya təşkilatının sədri Solmaz Səmədova hesabat dövr ərzində ərazi partiya təşkilatının fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Sonra hesabat məruzəsi ətrafında çıxışlar başlanılıb. YAP üzvləri Nadir Quliyev və Nazim Sultanov öz çıxışlarının sonunda ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edildiyini bildiriblər. Daha sonra gündəlikdə duran ikinci təşkilatı məsələnin müzakirəsinə baxılıb.YAP Sabirabd rayon 2 saylı ərazi partiya təşkilatında qeydiyyatda duran partiya üzvləri yekdilliklə Səmədova Solmaz Əjdər qızını ərazi ilk partiya təşkilatının sədri və Sultanov Nazim Əli oğlunu isə sədr müavini seçiblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirərək öz təşəkkürlərini bildiriblər.
Yığıncağın sonunda YAP Sabirabad rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştrakılarına görə bir sıra partiya üzüvləri Fəxri Fərmanlarla təltif olunublar.

Mehman
Xəbəri paylaş