Newscenter.az.18.02.2022. Fevralın 18-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri arasında görüş keçirilib.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, tədbirdə heyvan sağlamlığı sahəsində AQTA ilə FAO arasındakı əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Həmçinin bir sıra heyvan xəstəliklərinin tədqiqi, xəstəlik törədicilərinin molekulyar-genetik səviyyədə öyrənilməsi və xəstəliklərin aradan qaldırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Görüşdə müxtəlif heyvan xəstəlikləri üzrə təlimatların hazırlanması və bu sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı təkliflər verilib.
Mehman