Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Köçəryan: "Ordu Ermənistanın təhlükəsizliyini müdafiə etmək iqtidarında deyil"



Newscenter.az.18.02.2022. "Bu gün ordu Ermənistanın sərhədlərini və təhlükəsizliyini müdafiə etmək iqtidarında deyil. Müharibədən bir il və daha çox vaxt keçib, lakin bu müddət ərzində ordunun döyüşə hazırlığının bərpası, silahlanması edilməyib, təkrar edirəm, demək olar heç bir iş görülməyib. Bu, faktdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan SƏSLƏNDİRİB.

O bildirib ki, ötən ilin noyabrında baş verən hadisələr buna əyani sübutdur və son vaxtlar casusların aşkarlanması silahlı qüvvələrimizin mənəvi-psixoloji durumu haqqında çox şey deyir:

"Ordunun təsdiq edilmiş büdcəsi bu sürətlə yaxın gələcəkdə ən azı nəyisə dəyişməyin mümkün olacağına ümid də yaratmır”.
Xəbəri paylaş