Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva Autizm Mərkəzinə baş çəkib



Newscenter.az.18.02.2022. Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzinə baş çəkib, direktor Aytən Eynalovanın rəhbərliyi altında mərkəzin kollektivi ilə görüş keçirib.

Newscenter.az xəbər verir ki, K.Nurullayeva daha sonra isə autizmdən əziyyət çəkən gəncimiz Kənan Məmmədovun ifasında Rəşid Behbudovun "Nazəndə sevgilim" mahnısını dinləyib. Bildirib ki, Kənan Məmmədov kimi onlarla istedadlı gəncimiz hal-hazırda Mərkəzdə təhsil almaqdadır. "Bu səbəbdən, Autizm Mərkəzi gələcəyimiz olan gənclərin cəmiyyətə inteqrasiya olunması baxımından olduqca əhəmiyyətli rol oynayır", - deyə millət vəkili əlavə edib.

Könül Nurullayeva, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların mütəmadi olaraq diqqət mərkəzində saxlanılmasından, onların yüksək səviyyədə təhsilinin təmin olunmasından, göstərilən qayğı və diqqətdən, yaradılan mərkəzlərin əhəmiyyətindən bəhs edib. Bu səbəblə, deputat K.Nurullayeva belə bir müasir Mərkəzin yaradılmasında əməyi keçən hər bir kəsə, o cümlədən Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya bir daha təşəkkürünü çatdırıb.

Qeyd edək ki, autizm xəstəliyindən əziyyət çəkən uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə hər cür lazımi şərait yaradılıb. Belə ki, Autizm spektr pozuntuları ilə üzləşmiş şəxslər burada zəruri ünsiyyət və həyat bacarıqlarını inkişaf etdirə, eləcə də autizm sahəsində maarifləndirici layihələr həyata keçirə bilərlər.

Ruhiyyə
Xəbəri paylaş