Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili İsrailə gedəcək



Newscenter.az.18.02.2022. Milli Məclisin deputatı Sevil Mikayılova Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 19-da İsrailə səfər edəcək.

Newscenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən mərasimlərə İsrail Knessetinin deputatları, şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri qatılacaqlar.

Tədbirlərdə Xocalı soyqırımı nəticəsində həlak olan insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən bu qətliam barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.

Səfər çərçivəsində deputatımızın İsrail parlamentində Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşü nəzərdə tutulub.
Səfər fevralın 23-də başa çatacaq.

Arzu
Xəbəri paylaş