Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə kommersiya təyinatlı yükdaşımalarda ciddi problemlər var



Newscenter.az.18.02.2022. "Dünən H.Əliyev prospektini etiraz olaraq yük avtomobilləri ilə bağlayan sürücülər barəsində cinayət işi başlanması barədə rəsmi xəbər verildi. Düşünürəm ki, bu ən düzgün çıxış yolu deyil".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə nqəliyyat üzrə ekspert Ərşad Hüseynov çıxış edib. Onun sözlərinə görə, peşəkar hüquqşünas olaraq ibtidai araşdırma aparan orqanların işinə müdaxilə etmək fikrində deyil:

"Amma çox istərdim ki, bu iş ədalətli və obyektiv olaraq bütün təfsilatları ilə araşdırılsın. Bu fakta sadəcə "4 nəfər bir neçə min adamın yolunu bağlayıb ictimai qaydanı pozdu" kimi qiymət verilməsin. Əminəm ki, detallı və hərtərəfli araşdırma getsə, məlum olacaq ki, ölkəmizdə kommersiya təyinatlı yükdaşımalarda, xüsusən beynəlxalq daşımalarda, elə həmin icazələrin verilməsi işində çox ciddi problemlər var. Hətta elə həmin problemlər səbəbindən xarici ölkələrin daşıyıcıları bizim milli daşıyıcıları əməlli-başlı öz bazarımızda da sıxışdırırlar. Ümid edirəm ki, belə təfərrüatlı araşdırmalardan sonra başqa şəxslərin - bu problemi yaradanların məsuliyyətə cəlb edilməsi, yolu bağlayanlar barəsində isə cinayət təqibinə xitam verilməsi də mümkündür".

Mehman
Xəbəri paylaş