Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtisadçı ekspert: " İri əskinazlar daha çox çirkli puların yuyulmasında istifadə edilir"



Newscenter.az.18.02.2022. Ölkənin ən iri pul əskinazı ölkənin minimum əmək haqqından yuxarı olmamalıdır.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, bəzilərinin 500 manatlıq əskinazlar devalvasyaya, infilyasiyaya səbəb olacaq kimi fikirlərini əsaslı qəbul etmir:

"Bunun ciddi iqtisadi risk yaratma effekti yoxdur. Bu sadəcə xırda əskinazlara psixoloji basqı yaradır".

Ekspertin sözlərinə görə, amma ən pisi odur ki, 500 manatdan az əmək haqqı alan insanlara neqativ təsir yaradır:

"Adam bir ay işləyir, amma onun əməyi heç bir əskinazın dəyəri qədər olmur. Buna görə də iri əskinaz sevdasından uzaqlaşmaq lazımdır".

Eldəniz Əmirovun qənaətincə, bu əskinazların digər bir mənfi tərəfi isə odur ki, belə əskinazlar daha çox çirkli puların yuyulmasında və digər qeyri-qanuni əməllərin həyata keçirilməsi üçün istifadə edilir:

"Bu beynəlxalq təcrübədə təsdiqini tapmış haldır. Buna görə də 500-lük avrodan Britaniya 2010-cu ildə imtina elədi, daha sonra isə Avropa Mərkəzi Bankı".

Mehman
Xəbəri paylaş