Salyanda ağır yol qəzası, 2 nəfər həlak olub
Tarix: 18-02-2022, 16:56
Newscenter.az.18.02.2022 Salyan rayonunda baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayonun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı minik və "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində minik maşınında olan Cəlilabad rayonunun Alar kənd sakinləri - Asif və Vasif Məmmədov qardaşları ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir