Newscenter.az.18.02.2022. Cənab Prezident İlham Əliyev hər zaman məmurların xalqın xidmətçisi olduğunu qeyd edərək, məmurlara sadə, təvazükar, xalqın yanında olmağı, xalqın onlara göstərdiyi etimadı tam doğrultmağı tövsiyyə edib. Eyni zamanda ölkə başçısı insanlara yuxarıdan aşağı baxan, düz işləməyən, əyri yolla gedənlər məmurlara qarşı sərt mübarizə aparılacağını və həmin məmurların cəzalanacağını vurğulamışdır.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, təvazükarlığı və xalqın yanında olmağı həyat tərzinə çevirən ölkə başçısı İlham Əliyev hər il öz doğum gününü sadə vətəndaşlarla qeyd edərək, "Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir" demişdir:
“Bununla da Cənab Prezident İlham Əliyev bütün məmurlara nümunə göstərmiş, nümunəvi məmur obrazının aydın təsvirini vermişdir”.
Azərbaycanda layiqli, xalqa xidmət edən məmurların yetişdirilməsi Ulu Öndər Heydər Əliyev məktəbinin adı ilə bağlıdır – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev hər zaman məmurları sadə və təmkinli olmağa çağırmış, əhali ilə birbaşa əlaqə yaratmağı tələb etmişdir. Kreslonun insanı bəzəmədiyini, insanın kreslonu bəzədiyini deyən Ulu Öndər Heydər Əliyev məmur və vəzifə haqqında bu fikirləri söyləmişdir: "insanı tanımaq istəyirsənsə, ona bir vəzifə ver": “Dövlət məmurlarının xalqa layiqli şəkildə xidmət etməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olan məsələlərdəndir. Bu gün Azərbaycanda köklü kadr islahatları həyata keçirilir. Həyata keçirilən kadr islahatları Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır. Məmurlar Ölkə başçısının bütün tövsiyyələrinə əməl etməli, Cənab Prezident İlham Əliyevdən nümunə götürməlidirlər”.
Ruhiyyə