Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1 tondan artıq istehlaka yararsız qida məhsulları məhv edilib



Newscenter.az.19.02.2022. “Merano-Baku” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitən 1495 kq müxtəlif növ yeyinti məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə Newscenter.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Sevinc
Xəbəri paylaş