Almaniya və Avstriya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
Tarix: 19-02-2022, 19:34
Newscenter.az.19.02.2022. Almaniya və Avstriya xarici işlər nazirlikləri vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.
"Report" bu barədə TASS-a istinadən xəbər verir.
Almaniya Xarici İşlər Nazirliyi hərbi toqquşmaların hər an baş verəcəyini nəzərə alaraq bu qərara gəlib.
Avstriyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Lvov, Zakarpatya, İvano-Frankivsk və Çernovtsi istisna olmaqla, Ukraynaya səyahət xəbərdarlığı edib.