Newscenter.az.19.02.2022. "NATO Ukraynaya görə Rusiyanın hərəkətlərinə hərbi cavab verməyəcək, lakin sərt iqtisadi sanksiyalar tətbiq ediləcək".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Bundestaqının Komitə sədri Mari-Aqnes Strak-Zimmerman Münhen Təhlükəsizlik Konfransında deyib.
“Sərt iqtisadi sanksiyalar artıq hazırdır və əgər Rusiya Prezidenti Vladimir Putin hərbi addım atarsa, bilməlidir ki, NATO tərəfindən hərbi əməliyyatlar aparılmayacaq. Lakin bunun sərt fəsadları olacaq. Ukrayna, təbii ki, müqavimət göstərəcək”, - komitə sədri bildirib.
XXX
ABŞ-ın vitse-prezidenti Kamala Harris isə Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı NATO müttəfiqlərinin Kremlə qarşı ciddi sanksiyalar paketi hazırladığını diqqətə çatdırıb.
“Rusiya dialoq üçün imkanlar pəncərəsini daraltmağa davam edir. O, buna hazır olduğunu deyir. Əgər Moskva bu ritorikanı davam etdirərsə, biz Moskvaya ciddi sanksiyalar tətbiq edəcəyik. Artıq sanksiyalar paketi hazırlamışıq. Onlar kifayət qədər sərtdir”, - vitse-prezident vurğulayıb.