Newscenter.az.19.02.2022. “Avropa üçün təhlükəli günlər başlayıb”.
“Report” “UNIAN”a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yents Stoltenberq deyib.
O bildirib ki, Rusiya uçurumdan geri dönməlidir: “Rusiya Ukraynaya və onun sərhədləri yaxınlığına qoşun yeridir. Bu kontingent Soyuq müharibədən bəri ən böyük hərbi birləşmədir. Nə baş verəcəyini bilmirik. Lakin toqquşma riski real olaraq qalır”.
Baş katib Rusiyanı böhranın diplomatik yolla həllinə çağırıb.