Newscenter.az.19.02.2022. Azərbaycan Hərbi Dəniz Qüvvələri bu ilin yay aylarında Xəzər dənizində hərbi təlimlər keçiriəcək.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev HDQ-də keçirdiyi müşavirə zamanı təlimlərə hazırlıq məsələləri müzakirə olunub.
Baş Qərargah rəisi Xəzər dənizinin Azərbaycana məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.