Newscenter.az.19.02.2022. Çin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
"Hər bir ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü qorunmalıdır. Çünki bu, beynəlxalq münasibətlərin əsas normasıdır. Ukrayna da istisna deyil. Çin hökumətinin ötən həftə açıqladığı sənəddə biz hamının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi təkrar edirik. Kimsə Çinin mövqeyini şübhə altına almaq istəyirsə, bu, vəziyyəti şişirtmək və ölkəmizin mövqeyini təhrif etmək demək olacaq”, - Çinin baş diplomatı qeyd edib.