Newscenter.az.19.02.2022. "YAP-ın yerli təşkilatları cəmiyyətə açıq olmalı, onların rəhbərləri isə bölgələrdə öz ictimai-siyasi fəallığı ilə vətəndaşların rəğbətini qazanmalıdırlar".
Newscenter.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən müşavirə zamanı çıxışında səsləndirib. Şöbə müdiri qeyd edib ki, bu mənada təyin olunmuş yerli təşkilatların sədrləri müasir siyasi proseslərin bütün xüsusiyyətlərini nəzərə alaraq, öz açıq və demokratik yanaşmaları ilə yanaşı, mütləq olaraq fəaliyyətlərində ictimaiyyətlə əlaqələr məsələlərinə də xüsusi diqqət ayırmalıdırlar.
YAP-ın ideoloji fəaliyyəti və bu fəaliyyətin strateji istiqamətlərindən söz açan Ədalət Vəliyev qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və milli həmrəyliyin qorunması istiqamətində aparılan təbliğat işlərinin mərkəzində 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər durmalıdır.
“İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan Ermənistanı məğlub etdi və işğala son qoydu. Əldə olunmuş Qələbənin nəticəsində Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır” – kimi fikri səsləndirmiş Administrasiyanın rəsmisi xüsusi olaraq vurğulamışdır ki, “Azərbaycan xalqının tarixinə yazılmış bu Böyük Qələbə ilə bağlı qərəzli və məkrli informasiya manipulyasiyalarının qarşısı alınmalı, habelə xalqa qarşı olan bu cür xain hərəkətlər öz layiqli cavablarını almalıdır”.
Mehman