Newscenter.az.19.02.2022. "Bir aya yaxındır ki, Haqq Ədalət Partiyasının İdarə Heyətinin bir neçə üzvünə qarşı Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən davamlı təzyiqlər edilir".
Newscenter.az xəbər verir ki, belə bir iddia ilə partiya sədri Əli İnsanov çıxış edib. O bildirib ki, dəvət olunanlara ya HƏP-in sıralarını tərk etmək, ya partiya quruculuğundakı aktiv siyasi fəaliyyətini dayandırmaq, ya da əməkdaşlıq təklif olunur:
"Təzyiqlərə məruz qalan partiyadaşlarımızla ətraflı söhbət və müzakirələrdən sonra belə qənaətə gəlmək olur ki, xüsusi xidmət orqanlarının əməkdaşları siyasi tapşırıqla Haqq Ədalət Partiyasının nüfuzlu üzvlərinə müxtəlif formada təzyiqlər edərək, partiya üzvləri arasında çaşqınlıq yaratmaq, partiyanın güclənməsinə və genişlənməsinə əngəl törətmək və nəhayət partiyanı nüfuzdan salmaq qərarına gəlmişlər. HƏP-ə qarşı bu pozuculuq işləri və təxribatlar dayandırılmasa, çox qısa bir zamanda partiyanın İdarə Heyətinin geniş tərkibdə iclasını keçirmək və bəyanatla ictimaiyətə ətraflı məlumat vermək qərarına gəldik".
Mehman