Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MN: "Azərbaycan Ordusunun Tağaverd istiqamətində atəş açması barədə məlumat yalandır"



Newscenter.az.19.02.2022. Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində atəş açması barədə məlumatlara münasibət bildirib.

Nazirliyindən Newscenter.az-a bildirilib ki, ermənilərin yaydıqları bu informasiyalar həqiqəti əks etdirmir.

"Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır", - MN-dan qeyd olunub.
Xəbəri paylaş