Newscenter.az.19.02.2022. "Partiyanın yerli təşkilatları tərəfindən qazi və şəhid ailələrinə xüsusi diqqət ayrılmalı və dövlətin mövcud istiqamətdə görülən işlərdə partiya üzvləri yaxından iştirak etməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən müşavirə zamanı çıxışında səsləndirib. Şöbə müdiri qeyd edib ki, qazi və şəhid ailələrinə göstərilən qayğı kontekstində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti xüsusi olaraq qeyd olunub.
Mehman