Newscenter.az.19.02.2022. "Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ildə ölkə üzrə dövlət sektorunda orta aylıq nominal əmək haqqı 652.7 manat, təhsil sahəsi üzrə-517.2 manat, peşə, elmi və texniki fəaliyyət üzrə-739.5 manat təşkil edib. Sonra deyirlər ki, niyə Azərbaycanda elm və təhsil "sürünür". Elmə, təhsilə, orada çalışan fədakar insanlara belə münasibəti kökündən dəyişmək lazımdır"
Newscenter.az xəbər verir ki, bu fikirləri Təkamül Partiyasının sədri Teyyub Əliyev səsləndirib. Partiya sədri daha sonra qeyd edib:
"Heç olmasa məhdud təbii sərvətlərə malik olan Yaponiyanın, İsrailin hansı səbəblərdən yüksək inkişaf səviyəsinə çatdığını nəzərə alın, ölkəmizdən "beyin axınının" qarşısını almaq üçün əsaslı tədbirlər görün. Sonrası gec ola bilər"
Mehman