Newscenter.az.19.02.2022. İsmayıllı rayonu ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri, qoruyucu tibbi maskalardan istifadə, sakinlərin vaksinasiyaya, xüsusən gücləndirici “buster” dozaya cəlb olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, bu gün keçirilən reydlərdə ticarət və digər ictimai-iaşə oyektlərindədə, restoranlarda, şadlıq saraylarında və sakinlərin sıx toplaşdığı yerlərdə insanlara vaksinasiyaya cəlb olunma qaydaları izah olunub, maarifləndirmə işləri aparılıb. Reydlər icra hakimiyyətinin tərkibində yaradılan mobil qrupun üzvləri və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Bundan əlavə qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə də qeyd olunan tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 5 aydan çox keçmiş şəxslərə gücləndirici booster doza vurulması barədə sakinlərə ətraflı məlumatlar verilib.
Sonda vətəndaşlarımıza bildirmək istəyirik ki, 2 ildən çox həyatımıza daxil olub tanışlarımızı, yaxınlarımızı, əzizlərimizi bizdən ayıran və daim bizi qorxu içərisində yaşadan bu xəstəlikdən tamamilə xilas olaraq normal həyatımıza qayıtmaq üçün "Biz Birlikdə Güclüyük" şüarı ilə bir olub yoluxmaların qarşısının alınması və vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.
Sevinc