Newscenter.az.19.02.2022. İnsan hüquqlarını müdafiə etmək müqəddəs bir işdir. İnsan hüquqlarının müdafiəsi altında başqa fəaliyyətlərə məşğul olmağın, o cümlədən nüfuz agenti rolunu oynamağın, daha pisi isə dövlətə qarşı kənardan hazırlanan layihələrin reallaşmasında iştirak etməyin isə bir adı var...
Newscenter.az xəbər verir ki, bu fikirləri Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov səsləndirib.
Bəs İnsan hüquqlarının səmimi müdafiəçiləri kimlər ola bilər?
Sahib Məmmədov hesab edir ki, "İnsan hüquqları müdafiəçiləri fərdi və ya başqaları ilə birgə insan hüquqlarını dinc vasitələrlə müdafiə edən, siyasi, mülki, sosial, iqtisadi və mədəni hüquqları təşviq edən şəxslərdir:
"İnsan Hüquqları müdafiəçiləri İnsan Hüquqlarının Ümumi Bəyannaməsində əks olunan insan hüquqlarına dair universal prinsipləri qəbul etməlidir" Bu isə o deməkdir ki, insan hüquqlarını müdafiə edənlərin bir məqsədi olmalıdır-qurbanın və ya potensial qurbanın müdafiəsi. Bunu hansı yolla etmək olar? Hansı mexanizmlər var?"
Mehman