Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan güləşçiləri beynəlxalq turniri 9 medalla başa vurublar



Newscenter.az.20.02.2022. Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Veliko Tırnova şəhərindəki Dan Kolov – Nikola Petrov beynəlxalq turnirində daha 4 medal qazanıblar.

"Report"un məlumatına görə, son yarış günündə 86 kq-da mübarizə aparan Orxan Abbasov 3-cü yer uğrunda görüşdə moldovalı Denis Balauru 9:3 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.

Eyni çəki dərəcəsindəki Abubakr Abakarov finalda gürcüstanlı Sandro Aminaşvili ilə qarşılaşıb. 7:0 hesabıyla qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

97 kq-da çıxış edən Məhəmmədxan Məhəmmədov da final görüşündə qüvvəsini sınayıb. O, həlledici qarşılaşmada iranlı Meysam Abdini "tuşe" ilə məğlub edərək, qızıl medal əldə edib.

125 kq-dakı Rahid Həmidli isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Solomon Manaşvili ilə qarşılaşmalı idi. Lakin rəqibi zədələndiyi üçün xalça üzərinə çıxmadığından Azərbaycan təmsilçisinə texniki qələbə verilib.

Qeyd edək ki, turnirdə daha əvvəl kişilərdən Əliabbas Rzazadə (57 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc, Turan Bayramov (74 kq) gümüş, Cəbrayıl Hacıyev (74 kq) qızıl medal qazanıb. Qadınlardan isə Elis Manolova (65 kq) üçüncü yeri tutub.
Xəbəri paylaş