Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir



Newscenter.az.20.02.2022. Tarixi həqiqətdir ki,vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.

Azərbaycan xalqı xoşbəxtdir ki, insanlıq, ləyaqət, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin daşıyıcısı olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir. Mehriban xa­nım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğu­nu vurğulamış, eyni zamanda insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə bildirmişdir ki, “Əminəm ki, müdrük xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə can sağlığı və uzun ömür arzulayıram!”

27 sentyabr tarixində faşizm və terrorizm ideologiyasını dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın növbəti və irimiqyaslı hərbi təxribatının hədəfinə çevrildi. Başlanan Vətən müharibəsində müzəffər Ali baş Koman­dan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 gün ərzində Emənistan rəhbərliyini kapitulyasiya aktına imzala­mağa məcbur etdi. Nəticədə bölgədə yeni tarixi reallıqlar formalaşmışdır. Ərazi bü­tövlüyümüz bərpa edilmiş, beynəlxalq hü­ququn uzun müddət ərzində Ermənistan tərəfindən məhəl qoyulmayan prinsipləri işlək vəziyyətə gətirilmişdir. İşğaldan azad olunmuş bütün torpağlarımızın bərpası və yenidənqurulması mərhələsi başlanmışdır. Həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə ölkəmizin Birinci vitse-prezidenti Mehri­ban Əliyeva Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etmişdir.

Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.

İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı
Xəbəri paylaş