Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Büdcədən müdafiə xərcləri üçün ayrılan vəsaitlərin 10 faizi hər dəfə Nəcməddin Sadıkova çatıb



Newscenter.az.20.02.2022. Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi postunu tutduğu dönəmlərdə büdcədən müdafiə xərcləri üçün ayrılan vəsaitlərin 10 faizi ona çatıb.

Newscenter.az aktual,tv-yə istinadən xəbər verir ki, belə bir açıqlama ilə hərbi ekspert Telman Əbilov çıxış edib:

“Təsəvvür edin ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddinə çatıb. 300 milyon ayrılıb, yenə də 10 faizi onun cibinə gedib. Hər dəfə 20-30 milyona sahiblənib. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb”.

Hərbi ekspert qeyd edib ki, Müdafiə Nazirliyinin maliyyə sektorunda yüksək vəzifəli şəxslərin külli miqdarda mənimsəmə ittihamı ilə həbsi əbəs deyil:

“Bilirsiniz ki, Müdafiə Nazirliyinin maliyyə işlərinə baxan dörd idarəsinin, bir şöbəsinin rəisləri 15 milyon manatlıq mənimsəmədə ittiham olunaraq həbs olunublar. Bu məbləğ istintaq zamanı 15-20, bəlkə də, daha çox arta bilər.
Xəbəri paylaş