Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan milli rəqsi Avropada təhqir olunub, gürcülər etiraz edir



Newscenter.az.20.02.2022. Niderlandda teatrlardan birində Gürcüstanın milli “Svanuri” rəqsi yeni quruluşda təqdim olunub.

“Report”un yerli bürosu xəbər verir ki, rəqs nömrəsində ənənəvi gürcü geyimlərində olan rəqqaslarla birgə çəhrayı balerina paltarında kişi də çıxış edib.

Rəqsin yer aldığı videokadrlar sosial şəbəkədə yayılandan sonra Gürcüstanda qalmaqal yaranıb. Gürcülər nömrəni Gürcüstan mədəniyyətinə qarşı hörmətsizlik və cinayət kimi qiymətləndiriblər. Svaneti bölgəsinin sakinləri də rəqsin interpretasiyasından hiddətlənərək Amsterdam teatrının Gürcüstanı təhqir etdiyini bildiriblər.

Gürcüstanın Mədəniyyət Nazirliyi məsələ ilə bağlı yaydığı xüsusi bəyanatda “Svanuri” rəqsinə qarşı qəsdi qəbuledilməz hesab edib. Qeyd olunub ki, böyük rezonansa baxmayaraq, hər hansı tədbir görmək və yaxud sanksiya tətbiq etmək mümkün deyil.

Qurumdan bildirilib ki, yalnız qeyri-maddi mədəni irs statusuna malik rəqslər dövlət tərəfindən qorunur. Mövcud mühafizə mexanizmləri kifayət etmədiyindən bu yaxınlarda qeyri-maddi mədəni irs üzrə şuranın yeni tərkibinin formalaşdırıldığı vurğulanıb.

Qeyd edək ki, “Svanuri”ni yalnız kişilər ifa edir. Dağlıq Svaneti bölgəsinə aid rəqs kişilərin döyüşə hazırlığını ifadə edir.
Xəbəri paylaş