Newscenter.az.20.02.2022. Polşanın Poznan şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar icazəli aksiya keçirilib.
Newscenter.az Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərliyə istinadən xəbər verir ki, aksiya rəhbərlik etdiyi qurum və Poznanın azərbaycanlı icması tərəfindən təşkil olunub.
"Hava şəraitinin sərt olmasına baxmayaraq aksiyanı sona qədər davam etdirdik. Keçən il paytaxt şəhərdə etdiyimiz tədbirin davamı olaraq bu il də açıq havada, çaylar, Azərbaycan halvası, bukletlər paylandı, Heydər Əliyev Fondundan əldə etdiyimiz şəkillər sərgiləndi. Qeyd edim ki, bukletlər ingilis və polyak dillərində, eyni zamanda bukletlərdə və bardaqlarda Xocalı Soyqırımının məlumatları QR kod yerləşdirilmişdi".
Fərid Cəfərli asiyada aktiv iştirak etdiklərinə görə Poznanda yaşayan soydaşlarımıza təşəkkür edib:
"Bu marafonu isə Gdansk şəhərində davam etdirmək üçün yola çıxırıq".
Mehman