Newscenter.az.20.02.2022. 20 fevral Ümumdünya Sosial Ədalət Günüdür
Newscenter.az-ın xəbərinə görə, hüquqşünas Əli İbrahimov deyib kiş bu gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılmışdır:
"Sosial ədalət bəşəriyyətin böyük hissəsi üçün əlçatmaz arzu olaraq qalır. Yoxsulluq, aclıq, hüquq bərabərliyinin və insan hüquqlarının pozulması əvvəlki kimi, cəmiyyətin əxlaqına ağır zərbələr vurur. Sosial ədalət həm ölkə daxilində, həm də dövlətlər arasında dinc yanaşı yaşamaq prinsipinin əsasını təşkil edir".
Əli İbraahimov qeyd edib ki, bu gün Azərbaycan Dövləti Vətənimizdə cinsindən, yaşından, irqindən, etnik və dini mənsubiyyətindən, mədəniyyət və ya əlillikdən irəli gələn maneələrin aradan qaldırılması üçün var qüvvəsi ilə çalışır.
NEWSCENTER.AZ