Newscenter.az.23.02.2022. Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış 21001:2018 “Təhsil təşkilatları üçün idarəetmə sistemləri – İstifadə üzrə rəhbərlik və tələblər” beynəlxalq standartı üzrə sertifikata layiq görülüb.
Newscenter.az xəbər verir ki, sertifikatın təqdimetmə mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə ADAU-nun bu sertifikata layiq görülməsini əlamətdar hadisə olduğunu vurğulayıb.
İSO 21001:2018 sertifikatına sahib olmaq ADAU-nun davamlı olaraq yüksək standartların tətbiqində maraqlı olmasının göstəricisidir. İSO 21001:2018 beynəlxalq standartının tətbiqinin universitet üçün bir çox faydaları var. Bu standart müxtəlif növ təhsil müəssisələrində effektiv və rahat idarəetmə sistemi modelinin tətbiqinə, təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına, bütövlükdə təşkilatda innovasiyaların inkişafının stimullaşdırılmasına zəmin yaradır.
Beynəlxalq Sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov qeyd olunan standart üzrə ISO sertifikatını alan ilk ali təhsil müəssisəsi kimi ADAU-ya uğurlar arzu edib.
Tədbirin sonunda 21001:2018 sertifikatı universitetə təqdim olunub.
Sevinc