Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Baş Assambleyası Ukrayna ilə bağlı toplanacaq



Newscenter.az.23.02.2022 Ukraynadakı son hadisələri qiymətləndirmək üçün sabah BMT Baş Assambleyasının növbəti iclas keçirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, BMT Baş Assambleyasının sessiyasında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edəcək.

P.Kubiak BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahidin sədrliyi ilə keçiriləcək iclasın gün ərzində davam edəcəyini və məsələ ilə bağlı hər hansı qərarın gözlənilmədiyini qeyd edib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Xəbəri paylaş