Newscenter.az.23.02.2022. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 23 fevral 2022-ci il tarixdə 11:10-dan 13:00 -a qədər Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri növbəti dəfə qəbul edib.
Newscenter.az xəbər verir ki, qəbuldan öncə millət vəkili Ramil Həsən Ucar rayon İcra Başçısı Mənsur Məmmədovla görüşüb, rayonda görülən işlər və problemlərlə bağlı fikir mübadiləsi aparıb, daha sonra Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. Həmin gün eyni zamanda Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağımızın azad olunmasında misilsiz xidmətləri olan Şəhidlərimiz üçün dualar oxunub.
Millət vəkili qəbula yazılmış altmışa yaxın Ucar rayon seçicilərinin hər birinin arzu və istəklərini, eyni zamanda qaldırmış olduqları problemlərini, vətəndaşların hər bir təklif və tələbini diqqətlə dinləyib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub. Görüşdə bir qisim seçici artıq həllini tapmış məsələlərlə bağlı Milli Məclisin deputatı Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.
Qaldırılan məsələlərin içərisində ən çox şikayətlər kəsilmiş əlillik pensiyalarının bərpası, mübahisəli torpaq sahəsi, işsizlik, sosial problemlərin həlli, su, qaz sayğacları və xətlərinin çəkilişi, o cümlədən asfalt yolların çəkilməsi olub. Bunların hər biri Milli Məclisin deputatı tərəfindən dinlənilib, lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilmişdir.
Mehman