Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva Bəyannaməsi Azərbaycanın növbəti diplomatik uğurudur

Moskva Bəyannaməsi Azərbaycanın növbəti diplomatik uğurudur


Newscenter.az.23.02.2022. Moskva Bəyannaməsi ölkəmizin milli maraqlarının yüksək səviyyədə təmin olunduğu, Azərbaycanın təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edən mühüm sənəddir. Moskva Bəyannaməsi Rusiya-Azərbaycan münasibətlərinin hərtərəfli inkşafının, xalqlarımızın daha da təhlükəsiz şəraitində işləməsinin, təhsil almasının, yaşamasının qarantıdır. Bu Bəyannamə imkan verir ki, Azərbaycanda yaşayan, işləyən rusların, eləcə də Rusiyada yaşayan, işləyən azərbaycanlıların fəaliyyəti tamamilə təhlükəsiz bir şəraitdə baş tutsun, onların hüquqları ən yüksək səviyyədə qorunsun və təmin edilsin. Məhz, bu mənada Moskva Bəyannaməsi Azərbaycanın növbəti diplomatik uğurudur.

Ümumilikdə 43 bənddən ibarət olan Moskva Bəyannaməsində hər iki ölkə bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət edir, daxili işlərinə qarışmır, bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinir, əksinə olaraq bütün məsələlərdə bir-birinə dəstək olur. Bu cür öhdəliklərin götürülməsi Azərbacanın qlobal təhlükə və təhdidlərdən qorunmasına da xidmət edir. Eyni zamanda, belə bir Bəyannamənin dünyanın lider ölkələrindən olan Rusiya ilə imzalanması Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirməklə yanaşı, Prezident İlham Əliyevin dahiliyinin və uzaqgörənliyinin göstəricisinə çevrilir.

Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın müstəqil və balanslı xarici siyasəti bu gün Heydər Əliyev məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Bu gün Azərbaycan xarici siyasətində dostluq, sülhsevər, etibarlı tərəfdaş mövqeyi sərgiləyir və bunun da nəticəsi olaraq dünya ölkələri Azərbaycanla müttəfiqlik, dostluq əlaqələri qurmağa çalışır.Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın xoşbəxt və təhlükəsiz gələcəyinin zəmanətidir.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş