Newscenter.az.23.02.2022 Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiyaya rəsmi səfəri Azərbaycan-Rusiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyini, siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi deməkdir.
Bunu Modern.az-a Milli Məclisin deputatı Jalə Əhmədova Rusiya-Azərbaycan prezidentlərinin Moskva görüşünü şərh edərkən deyib.
Deputat bildirib ki, Rusiya Prezidentinin dəvəti ilə baş tutmuş bu səfər bir daha sübut edir ki, rəsmi Moskvanın mövqeyi dəyişməz olaraq qalır və Azərbaycanla ikitərəfli əlaqələri davam etdirməkdə maraqlıdır.
J.Əhmədova vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Kremldə imzaladıqları qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir.