Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pentaqon: Rusiya hələ də genişmiqyaslı müharibədən qaça bilər



Newscenter.az.23.02.2022 ABŞ administrasiyası Ukrayna böhranının daha da gərginləşməsinin qarşısını almağa çalışır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

"Biz Ukraynada növbəti münaqişənin qarşısını almaq üçün çalışırıq", - Pentaqon rəhbəri qeyd edib.

Ostinin sözlərinə görə, Rusiya hələ də faciəli genişmiqyaslı müharibədən qaça bilər.

Qeyd edək ki, Ostin dünən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Xəbəri paylaş