Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin düşünülmüş siyasəti, fəal diplomatiyası Azərbaycana daim uğurlar qazandırıb



Newscenter.az.23.02.2022. Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin fevralın 22-də Moskvada “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. Bu bəyannamə Azərbaycana nə verəcək? Gün ərzində ən çox səslənən suallardan biri bu idi. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandı, Ermənistanın işğalına son qoydu. Ordu Prezidentimizin rəhbərliyi ilə öz üzərinə düşən işin birinci mərhələsini uğurla yekunlaşdırdı. Növbəti mərhələdə diplomatik fəallığımızın artırılması təmin olunmalıydı. Bu mərhələdə də addım-addım irəliləyirik. Prezident İlham Əliyevin düşünülmüş siyasəti, fəal diplomatiyası Azərbaycana daim uğurlar qazandırıb. Dövlətimizin başçısının siyasətində milli maraqlarımız daim öndədir və bu amil bizi həmişə irəliyə aparır. Müstəqil, öz milli maraqlarına əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq arenada rolunu və nüfuzunu yüksəldib, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra isə Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu baxımdan, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Təbii ki, bu proseslərdə Prezidentimiz İlham Əliyevin yüksək diplomatik bacarığı və milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi əsas faktorlardan biridir. Ötən ilin iyun ayında Azərbaycan və Türkiyə ötən il “Şuşa bəyannaməsini” imzaladılar. Bu, hörmətli dövlət başçımız İlham Əliyevin də dediyi kimi iki ölkə arasındakı strateji müttəfiqliyin rəsmiləşdirilməsi idi. Bu Bəyannaməyə görə bundan sonra Ermənistan keçmişdə olduğu kimi işğala baş vurmaq istəyərsə qarşısında Azərbaycanla yanaşı Türkiyəni də görəcək. Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda varlığını böyük dövlətlər, o cümlədən qonuşumuz Rusiya da qəbul edib. Bunu Rusiya prezidentinin müxtəlif açıqlamalarından da aydınlaşdırmaq mümkündür. Azərbaycan Türkiyə ilə yanaşı iki böyük qonşusu – Rusiya və İranla da münasibətlərin inkişafı yolunu tutub. Biz bütün qonşularla qarşılıqlı maraq əsasında əməkdaşlığı genişləndirməyə hazırıq. Türkiyədən sonra Rusiya ilə “müttəfiqlik bəyanatının” imzalanması Qarabağda yerdə qalan problemlərin həllini sürətləndirmək məqsədi daşıyır.

Qarabağda hələ görəcəyimiz işlər var: Laçın dəhlizinə alternativ yol tikilməlidir ki, Laçın şəhəri və ətrafındakı kəndlər nəzarətimizə keçsin və bu istiqamətdə çalışmalar artıq başlayıb. Onu da nəzərə almaq lazımdır ki, rusiyalı hərbçilər Qarabağın bir hissəsində hələ 4 il qalacaqlar. Yəni bu məsələlərin həllində Azərbaycan istər-istəməz Rusiya ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.

Sənəddə digər mühüm bəndlərdən birində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır ki, bu da Azərbaycanın maraqlarına uyğundur. Sənəddə iqtisadiyyat, enerji və humanitar əməkdaşlığın inkişafıyla bağlı da Azərbaycan üçün mühüm bəndlər yer alıb.
Beləliklə, Azərbaycan və Rusiya prezidentləri arasında imzalanan bəyannamə daha əvvəl imzalanan bəynatların reallaşdırılmasını – Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsini, Zəngəzur dəhlizinin işə düşməsini və iki ölkə arasında sülh sazişinin imzalanmasını sürətləndirilməlidir. Ermənistan əvvəlki kimi prosesi süni surətdə uzada bilməyəcək.

Fatma Yıldırım-Milli Məclisin deputatı
Xəbəri paylaş