Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suvarma mövsümünə hazırlıq məsələləri müzakirə edilib



Newscenter.az.23.02.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov tərəfindən 22 fevral 2022-ci il tarixində aparatın məsul işçiləri və tabeli idarələrin rəhbərlərinin iştirakı ilə “2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları, cari ildə qarşıya qoyulmuş vəzifələrin icrası və suvarma mövsümünə hazırlıqla bağlı videokonfrans keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, konfransda ötən ilin yekunları ətraflı müzakirə edilib, kəskin su qıtlığına baxmayaraq Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə yaradılan Su Komissiyasiyasının rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə su ehtiyatlarının idarə edilməsi sayəsində su anbarlarında müəyyən qədər artıq suyun toplanmasına nail olunduğu və həyata keçirilmiş tədbirlər nəticəsində əkin sahələrinin əsasən suvarma suyu ilə təmin edildiyi qeyd olunub.

“Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov cənab Prezident tərəfindən meliorasiya və su təsərrüfatı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin və tapşırıqların icrası, su itkisinin qarşısının alınması, sudan səmərəli və qənaətlə istifadə edilməsi, su bölgüsünün ədalətli aparılması, suvarma mövsümünə hazırlıq işlərinin sürətlənməsi və istismar tədbirlərinə ayrılmış vəsaitdən təyinatı üzrə və effektiv istifadə edilməsi ilə əlaqədar konkret tapşırıqlar vermiş və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Sevinc
Xəbəri paylaş