Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATP: "Dünya birliyini erməni faşizminə layiqli qiymət verməyə səsləyirik"

ATP: "Dünya birliyini erməni faşizminə layiqli qiymət verməyə səsləyirik"


Newscenter.az.26.02.2022. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə türk qanına susayan silahlı erməni faşistləri, Rusiyanın 366-cı alayının dəstəyi ilə tarixdə misli-bərabəri olmayan vəhşilik və amansızlıqla Xocalı şəhərində uşaq, qadın, qoca olmalarına məhəl qoymadan azərbaycanlılara qarşı, yalnız etnik mənsubiyyətlərinə görə, soyqırım törədiblər. Ancaq bu, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk soyqrım faktı deyil,

Newscenter.az xəbər verir ki, bu fikirlər Azərbaycan Təkamül Partiyasının bəyanatında yer alıb. Partiya bildirir ki, XX əsrin əvvəllərində törətdikləri soyqrım faktının davamıdır:

"Azərbaycan Təkamül Partiyası olaraq ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdikləri soyqrımı, eləcə də, 28 il ərzində işğal etdikləri ərazilərdə törətdikləri vəhşilikləri, vandalizmi qətiyyətlə pisləyir, beynəlxalq təşkilatları, tərəqqipərvər bəşəriyyəti erməni cəlladlarının törətdiyi bu vəhşilikləri qınamağa, Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyə dəvət edirik. Tarixdə heç vaxt baş verməmiş qondarma “erməni soyqrımını” dəstəkləyənlərə, ancaq hamının gözü qarşısında baş verən Xocalı soyqrımını görməzlikdən gələnlərə səslənirik: xanımlar və cənablar ədalətli olun, ermənilərin özlərinin beynəlxalq cinayətlərini uydurma erməni soyqırımı adı altında ört-basdır etməsinə, dünya ictimaiyyətini aldatmaq cəhdlərinə göz yummayın!"

Partiya bəyan edir ki, bu gün Azərbaycan xalqı qəhrəman əsgər və zabitlərimizin sücaəti, qanı və canı bahasına Xocalı qatillərindən intiqam alaraq torpaqlarımızı azad etdiyindən Xocalı şəhidlərinin şanlı xatirəsini qəhrəman xalq kimi yad edir:

"Biz də, Azərbaycan Təkamül Partiyası olaraq, Xocalı şəhidlərinin unudulmaz xatirəsini yad edir və bir daha dünya birliyini erməni faşizminə layiqli qiymət verməyə səsləyirik".

Mehman
Xəbəri paylaş