Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü münasibətilə paylaşım edib
Tarix: 26-02-2022, 00:10
Newscenter.az.26.02.2022. Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva özünün instaqram hesabında Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə paylaşım edib.
Newscenter.az xəbər verir ki, paylaşımda "Xocalıya ədalət" sözləri yer alıb.
Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin tviter hesabında "Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - sözləri yer alıb.