Rusiya ordusu hərbi əməliyyatları bərpa edib
Tarix: 26-02-2022, 16:54
Newscenter.az.26.02.2022. “Fevralın 25-də Rusiya Prezidenti Vladimir Putin gözlənilən danışıqlardan dolayı Ukraynada qoşunların hərəkətini dayandırmaq əmrini verib”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib.
O əlavə edib ki, fevralın 26-da danışıqlar olmadığına görə Rusiya qüvvələrinin plan üzrə əməliyyatları bərpa edilib.