Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saatlı sakinlərindən müvafiq sənədləri olmayan ov silahları götürülüb



Newscenter.az.26.02.2022. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, tədbirlər nəticəsində rayonun Qaralar kənd sakini K.Səfərovdan və Məmmədabad kənd sakini İ.Bayramovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.

Mehman
Xəbəri paylaş