Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda “Soyqırım abidəsi”nə yürüş təşkil edilib



Newscenter.az.26.02.2022. Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Newscenter.az xəbər verir ki, fevralın 26-da səhər saatlarından başlayaraq şəhərin mərkəzi meydanına toplaşan minlərlə İsmayıllı sakini əllərində “Xocalını unutmadıq, unutdurmarıq!” şuarları yazılmış və gəncləri mübarizəyə səsləyən plakatlar tutaraq, soyqırımı abidəsinədək yürüş ediblər.

Rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, yürüş iştirakçıları abidənin önünə əklil və tər qərənfillər düzüb, Xocalı qurbanlarının və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Çıxışlarda Xocalı barədə həqiqətlərin dünya miqyasında tanıdılması məqsədilə böyük iş aparıldığı söylənilib, bu sahədə Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüs ilə "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsində xalqımızın igid oğulları tərəfindən Şəhidlərimizin qisası alınıb, torpaqlarımız işğaldan azad edilmişdir.

Həmçinin rayon rəhbərliyi şəhid ailələri və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, Şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Sevinc
Xəbəri paylaş