Newscenter.az.26.02.2022. Bu gün tviterdə sosial şəbəkə istifadəçiləri tərəfindən Xocalı soyqırımının dünyaya tanıdılması, “Xocalıya Ədalət” naminə müxtəlif dillərdə (ingilis, rus, alman və fransız) kampaniya keçirilib.
Newscenter.az xəbər verir ki, kampaniya çərçivəsində #JusticeforKhojaly həştəqi dünya trendində 1-ci yer, #HocalıKatliamı isə 5-ci yerdə olub.
Amerika trendində #JusticeforKhojaly 4-cü yer, Fransa trendində 3-cü yer, Kanada trendində isə 2-ci yerdə olub.
Türkiyə trendində isə #HocalıKatliamı 1-ci yer, #HocalıSoykırımı 2-ci yerdə qərarlaşıb.
Paylaşımlarda dövlət rəsmiləri, beynəlxalq təşkilatlar işarələnərək bu soyqırım aktına lazımi siyasi və hüquqi qiymət verilməsi vurğulanıb.