Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa Ukraynaya daha çox hərbi texnika göndərəcək



Newscenter.az.27.02.2022. Fransa Rusiyaya qarşı iqtisadi, o cümlədən ölkənin maliyyə institutlarının beynəlxalq banklararası SWIFT sisteminə çıxışı ilə bağlı sanksiyaları gücləndirmək niyyətindədir.

“Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” (AFP) Yelisey sarayına istinadən xəbər verir.

Fransa prezidenti Emmanuel Makron Təhlükəsizlik və Milli Müdafiə Şurasının iclasında Avropa və ABŞ ölkələri ilə koordinasiyada iqtisadi və maliyyə sanksiyalarını sərtləşdirməyə qərar verib. O, həmçinin Rusiya rəsmilərinin maliyyə aktivlərinin dondurulması üçün tədbirlər görmək niyyətindədir.

Fransa bu ölkədə davam edən hərbi əməliyyatlar fonunda Ukraynaya daha çox hərbi texnika tədarük etmək niyyətindədir:

“Ukrayna hakimiyyət orqanlarına əlavə hərbi texnikanın çatdırılmasını təşkil etmək, həmçinin yanacaq dəstəyini təmin etmək qərara alınıb”.
Xəbəri paylaş