Newscenter.az.27.02.2022. "Son zamanlar qardaş və dost Ukrayna xalqı cox agır günlər yaşamaqdadır. 44 günlük Vətən müharibəsi dövründə Ukrayna xalqı bizə cox dəstək oldu. İndi də bizim onlara dəstək omamız lazımdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov qeyd edib. BAK sədri bildirib ki, Azərbaycan xalqı böyük bir xalqdır və hər zaman məsumların yanında olub:
"Bu gün də Ukrayna xalqının hər cür dəstəyə ehtiyacı var. Biz də Hollandiyada yaşayan azərbaycanlılar olaraq əlimizdən gələn dəstəyi onlara verməyə hazır olmalıyıq. Bu müqəddəs yolda Ukrayna xalqına humanitar dəstək vermək istəyən qardaş və bacılarımızda bizə qoşula bilərlər".
Elsevər Məmmədov diqqətə çatdlrıb ki, toplanan maddi dəstək bitdikdən sonra, Rotterdam şəhərində bir araya gəlib toplanan dəstəyi hansı formada Ukraynaya çatdırmaq müzakirə ediləcək".
NEWSCENTER.AZ