Newscenter.az.27.02.2022. "Rusiya Belarus ərazisindən Ukraynaya atəş açıb".
"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib.
“Münaqişə başlayandan Belarusun cənubundan 2-3 raket zərbəsi endirilib, çünki Kiyev sərhədə yaxın 3-4 raket batalyonu yerləşdirib", - Belarus lideri qeyd edib.
O, Ukrayna şəhərlərini atəşə tutan rus diversiyaçılarına kömək etdiyini də etiraf edib.
Lukaşenko, həmçinin iddia edir ki, heç kim Kiyevi bombalamayıb.