Newscenter.az.27.02.2022. Rusiya prezidenti Vladimir Putinin ordu komandanlığına nüvə başlıqlı raketləri döyüşə hazır vəziyyətə gətirmək barədə tapşırığı dünyada ciddi təşviş yaradıb. Bəs görəsən Rusiyanın malik olduğu nüvə başlıqlı raketlər nəyə, hansı gücə malikdir?
Newscenter.az xəbər verir ki, RT-2UTTKh Topol-M Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən “Topol-M”, hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir.
Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. Topol-M 45-47 ton ağırlığa malikdir, atom bombasından 52.5 dəfə güclü hesab olunur.
Raketin uzunluğu 21.5 metrdir. Diametri isə 1.86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir. Rusiyanın mobil “Topol-M” raket sistemlərinin strateji raket mərkəzi Moskvanın 240 km şimal-şərqində yerləşən Teykoşa şəhərində yerləşir.
Qeyd edək ki, Rusiya ümumilikdə 7 min nüvə bombasına sahibdir.
Mehman