Newscenter.az.1.03.2022. Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc (Margaret Hodge) xarici işlər naziri Elizabet Trassdan iki suala cavab istəyib. Əvvəlcə soruşub ki, Rusiya Dumasının üzvlərinə də sanksiyalar tətbiq edilə bilərmi?! İkinci sual isə belə olub: “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanaın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?”
AzVision.az xəbər verir ki, birinci sualı müsbət cavablandıran Britaniyanın xarici işlər naziri Elizabet Trass ikinci sualla bağlı Belarusu misal çəkərək bildirib ki, “Qazaxıstan və digər ölkələrlə bağlı məsələyə baxıla bilər”.